Bakının 45 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Bu barədə Bakı Təhsil İdarəsindən bildirilib.
Peşə təmayüllü siniflərinin yaradılmasında məqsəd təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Hazırda bütün ölkə üzrə 7541 şagird peşə təmayüllü siniflərdə oxuyur.
Bundan əvvəl nazir müavini bildirib ki, 2026-ci ilin sonuna kimi peşə təmayüllü siniflərin fəaliyyətini 15%-ə qədər artırılacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.
Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !