Bakının alacağı sistem “Supersilah" sayılır

Almaniyanın "Bild” qəzeti yeni "Supersilahlar siyahısı”nı təqdim edib.
Axar.az xəbər verir ki, siyahıya əsasən, Rusiya, ABŞ, Almaniya, İsrail və Çin silahları düşüb.
Bu ilin "Supersilahları siyahısı”nda Rusiyanın "T-14 Armata” tankı və artırılmış gücə sahib aviasiya vakuum bombası, ABŞ-ın "Nimitz” təyyarədaşıyan gəmiləri, "F-22 Raptor” qırıcısı və "B-2 Spirit” bombardmançısı, Almaniyanın "Leopard-2” tankı, İsrailin "Dəmir Qübbə” kiçik radiuslu raket əleyhinə sistemləri və Çinin DF-21D raketləri yer alıb.
Qeyd edək ki, bu silahlardan "Dəmir Qübbə”nin Azərbaycanın silahlanmasında yer alacağı gözlənilir.
Bakının bu sistemləri İsraildən alacağını millət vəkili Yevda Abramov ilk olaraq açıqlamışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər