Bakının B planı düşməni qorxuya saldı

16:39 | 13.06.2017
Bakının B planı düşməni qorxuya saldı

Bakının B planı düşməni qorxuya saldı

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 10-da İrəvanda səfərdə oldular. Daha sonra işğal olunmuş Azərbaycan torpaqlarına səfər edən həmsədrlər iyunun 19-da Bakıya gələcəklər.

Publika.az xəbər verir ki, həmsədrlərin səfərinin münaqişənin həllinə ciddi töhfə verəcəyi ehtimalı olduqca azdır. Çünki əsas tezis kimi təmas xəttində atəşkəsə nəzarət mexanizmlərinin quraşdırılması məsələsi irəli sürülür, hansı ki, bu Qarabağda erməni işğalının möhkəmləndirilməsi ilə nəticələnəcək. İrəvanda erməni rəhbərliyi ilə görüşdə məhz bu məsələlər müzakirə olunub. Bununla yanaşı, həmsədrlərin Xankədində qondarma "DQR”-in "bayrağı” altında əyləşərək, "prezident” Bako Saakyanla görüşməsi də onların mövqeyinin aydınlaşması baxımından çox şey deməkdir. Bütün hallarda regiona səfərin konkret nəticələri haqda iyunun 19-dan sonra danışmaq olar. Lakin rəsmi Bakı hələ ki, susur. Bakının susqunluğu isə Ermənistanda ciddi qorxulara səbəb olub.

Erməni siyasi şərhçi Naira Ayrumyan qorxu ilə iddia edir ki, Azərbaycanın B planının olması mümkündür.

"Bakının susqunluğu tufandan öncəki sakitliyə bənzəyir. Ola bilər ki, Azərbaycanın B planı mövcuddur. Türkiyə-Azərbaycan qoşunlarının Naxçıvanda Ermənistan sərhədinə yaxın ərazidə təlimlər keçirməsi də diqqət çəkir”, - deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM