Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən xəbərə görə, Həsən Əliyev, Səməd Vurğun, 28 May, A.Bakıxanov, Zərifə Əliyeva, Rəşid Behbudov, A.Salamzadə, Niyazi, İnşaatçılar, Şeyx Şamil, Ə.Haqverdiyev və N.Yusifbəyli küçələrində böyük tıxac yaranıb.
Bununla yanaşı, əsas prospektlərdə də analoji hərəkət sıxlığı müşahidə olunur. Belə ki, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində), Ziya Bünyadov prospekti ( "Koroğlu” m/st. istiqamətində) və N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !