Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

15:16 | 02.04.2020
Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.
Oxu.Az xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanında əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb. Məhdudlaşdırmaya səbəb ərazidən keçən qaz xəttində qeydə alınan qəzadır.

"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sözügedən ərazidə qəza səbəbindən baş verən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:
"Ərazidən keçən yeraltı qaz xəttində qəza baş verib. Bu səbəbdən, təhlükəsizlik məqsədilə ərazi üzrə təbii qazın verilişi dayandırılıb. Mövcud problem aradan qaldırıldıqdan sonra təxminən üç saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM