Bakının daha bir parkında pulsuz “Wi-Fi” işə salındı

17:40 | 18.08.2017
Bakının daha bir parkında pulsuz “Wi-Fi” işə salındı

Bakının daha bir parkında pulsuz “Wi-Fi” işə salındı

"Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi” xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.

anews.az xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi” "Dədə Qoqrud” parkında da işə salınacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM