Bakının daha iki parkında pulsuz “Wi-Fi” olacaq

17:10 | 12.09.2017
Bakının daha iki parkında pulsuz “Wi-Fi” olacaq

Bakının daha iki parkında pulsuz “Wi-Fi” olacaq

"Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirib.

anews.az-ın xəbərinə görə, bu barədə özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı”, "Zabitlər” parkı, "Sahil”, "Axundov”, "Sabir”, "Xaqani”, "Hüseyn Cavid”, "Səməd Vurğun” və "Muğan” bağları daxildir.

Xidmət işə salındıqdan indiyədək şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM