Hazırda Bakı şəhərinin bir sıra əsas küçə və prospektlərində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Belə ki, indi Ziya Bünyadov prospekti (Ayna Sultanova körpüsü istiqamətində), Bakı-Sumqayıt şosesi (paytaxt istiqamətində), Moskva prospekti (şəhər istiqamətində), A.Bakıxanov küçəsi (İzmir parkı istiqamətində) nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bundan başqa, Dövlət Statistika Komitəsinin qarşısı (İnşaatçılar prospekti, iki istiqamətdə), Şeyx Şamil və Koroğlu Rəhimov küçələrində sıxlıq var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !