Bakı şəhərinin və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində pulsuz "Wi-Fi" şəbəkəsi quraşdırılıb.
Bunu Trend-in sorğusuna cavab olaraq "Bakcell” şirkətindən deyiblər.
Bunu Trend-in sorğusuna cavab olaraq "Bakcell” şirkətindən deyiblər.
Şirkətdən bildiriblər ki, 2014-cü ildən başlayaraq "Bakcell” bütün abunəçiləri və rouminqdə olan xarici qonaqlar üçün Bakı şəhərinin və Abşeron yarımadasının bir çox yerlərində "Wi-Fi" şəbəkəsini genişləndirir: "Hazırda abunəçilərimiz Dənizkənarı Milli Park, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Tibb Universiteti, Qubernator bağı, Elmlər Akademiyası parkı, Fəvvarələr meydanı, Sahil parkı, Hüseyn Cavid parkı, Rixard Zorge parkı, Malakan bağı, Qış parkı və bir çox digər mədəni-tarixi və istirahət yerlərində quraşdırılmış nöqtələrdə "Bakcell” şirkətinin yüksəksürətli pulsuz "Wi-Fi" şəbəkəsindən istifadə edirlər. Pulsuz "Wi-Fi" xidməti keçən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat vasitələrində, 10 avtobus dayanacağında və 77 saylı Bakı avtobus marşrut xəttində də mövcuddur”.
Şirkətdən verilən məlumata görə, "Wi-Fi" xidmətinin göstərilməsinə 2 il əvvəl başlanılsa da, hazırda "Bakcell” Azərbaycanda ən geniş "Wi-Fi" şəbəkəsini təmin edir: "Əsas məqsəd abunəçilərə qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı yaratmaqdır. Şəbəkə Azərbaycanın daha çox mədəni, tarixi, təhsil, əyləncə və digər yerlərini əhatə edərək genişlənməkdə davam edir. "Bakcell” 3G və 4G şəbəkələrinin əhatə dairəsini genişləndirərək və "Wi-Fi" zonalarının sayını daha da artıraraq, abunəçilərini ən mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün öz şəbəkəsinə sərmayə yatırmaqda davam edir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !