Bakının İcra başçısı Eldar Əzizovun oğlu ilə bağlı yeni xəbər – FOTO

Dövlət Reklam Agentliyinin fəaliyyət istiqamətləri üzrə ictimai iştirakçılığın genişləndirilməsi məqsədilə yaradılması nəzərdə tutulan İctimai Şuraya keçirilən seçkilər baş tutmayıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə 7 nəfərdən ibarət olacaq İctimai Şuraya seçilmək üçün heç bir namizəd yetərli səs toplamayıb və bu səbəbdən təkrar seçki keçirilməsinə qərar verilib.
Qeyd edək ki, hazırda QHT sektorunda ictimai fəaliyyətlə məşğul olan Şamil Əzizovun adı geniş biznes fəalliyyətində də keçir.
Bildirilir ki, Eldar Əzizovun oğlu bu yaxınlarda vəfat edən sabiq Gənclər və İdman naziri Azad Rəhimovun nəzarətində olan şirkətlərlə ortaq olub. Belə ki, Şamil Əzizovun qanuni təmsilçi olduğu "Zebra-İD” MMC Azad Rəhimova bağlılığı ilə bilən "İtalDizayn” QSC ilə ortaq olub.
Onu da bildirək ki, hazırda Şamil Əzizovun qanuni təmsilçi (direktor) olduğu 4 şirkət - "Günəş-2” MMC, "Zebra-İD” MMC, "Green Tour” MMC və "Greenfin Food And Baverage” MMC fəaliyyətdədir.
Eyni zamanda Şamil Əzizovun 2016-cı ildə Dövlət İqtisad Universitetində "İdxal-ixrac əmələliyyatlarına valyuta nəzarətinin təkmilləşdirilməsi problemləri” mövzusunda fəlsəfə doktoru adı almaq üçün namizədlik dissertasiyasını müdafiə etdiyi, elmi rəhbərinin isə Şəmsəddin Hacıyev olduğu bildirilir. Qeyd edək ki, sabiq millət vəkili Şəmsəddin Hacıyev 2004-2014-cü illərdə Dövlət İqtisad Universitetinin rektoru, sonrakı illərdə isə Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri olub. Şamil Əzizovun 2019-cu ildə ödənişsiz olaraq "Dünya iqtisadiyyatı” ixtisası üzrə UNEC-in doktoranturasına qəbul olunduğu da açıqlanan məlumatlar arasında yer alıb.
Şamil Əzizovun həyat yoldaşı Banuçiçək Əzizovanın isə vaxtı ilə qayınatası Eldar Əzizovun İcra başçısı olduğu Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasında müdir olduğu qeyd olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 