Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi - VİDEO

20:41 | 06.05.2019
Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi - VİDEO

Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi - VİDEO

Bakının mərkəzində Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi bina yerləşən "Salaam Cinema Baku”-nun əməkdaşları və sahibkar arasında dava düşüb. 
Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, insident Hollandiyalı rejissor Robert Romboutun ustad dərsləri verdiyi zaman baş verib. 

Heç bir sənəd təqdim etməyən şəxslər icazəsiz şəkildə binaya daxil olub və gənclərə şiddət göstərib, onlardan binanı tərk etməyi tələb edib. 
Qafqazinfo bildirir ki, "Salaam Cinema Baku” kinoteatrını əməkdaşları bildiriblər ki, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.
Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir. 
Hazırda Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Kestutis Jankauskas binada baş verən hadisə ilə bağlı gənclərin yanındadır.
Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.
Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM