Bakının mərkəzində su olmayacaq

15:31 | 11.01.2019
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar sabah Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Bu barədə Anews.az-a "Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.anews.az