• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Nizami küçəsində təmir işləri aparılır

Bakının Nizami küçəsində təmir işləri aparılır
03.09.2024 15:17
Bakının Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Təmir işləri hazırda sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elnarə Baxışa yeni vəzifə verilib
Cəmiyyət 11:55
Elnarə Baxışa yeni vəzifə verilib
Hörmüz boğazında maye qaz daşıyan gəmi minaya düşüb
Cəmiyyət 11:53
Hörmüz boğazında maye qaz daşıyan gəmi minaya düşüb
Qaradağda yeni körpü tikilir
Cəmiyyət 11:23
Qaradağda yeni körpü tikilir
Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb
Cəmiyyət 11:15
Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama
Cəmiyyət 10:58
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 10:52
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 10:34
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 09:52
Qızıl və gümüş bahalaşıb
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Cəmiyyət 09:25
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol