Bakının infrastrukturu dəyişdiriləcək

19:20 | 17.03.2017
Bakının infrastrukturu dəyişdiriləcək

Bakının infrastrukturu dəyişdiriləcək

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsinin bəzi sahələrində subasma həmin ərazidə kommunikasiya sisteminin müvafiq tələblərə cavab verməməsi ilə əlaqədardır.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən ərazidə mövcud olan problemi aradan qaldırmaq üçün yeni layihələr hazırlanır:

 "Layihələrin hazırlanması prosesi başa çatdıqdan sonra maliyyələşmə məsələsinə baxılacaq. Bu layihələr icra olunaraq sözügedən ərazidə mövcud olan problemlərin aradan qaldırılması planlaşdırılır".

Sədr əlavə edib ki, Bakının bir neçə ərazisində yağış zamanı su səviyyəsi kritik həddə çatır. Onun sözlərinə görə, bunun da səbəbi həmin ərazilərdə müvafiq infrastrukturun olmaması və ya mövcud infrastrukturun bəzi tələblərə cavab verməməsidir.

"Bu çatışmazlıqları aradan qaldırmaq üçün aidiyyəti üzrə mühəndis və layihə işləri icra olunacaq", - deyə o bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM