Bakıya qaçan erməninin anasını maşınla vurdular

17:06 | 08.10.2015
Bakıya qaçan erməninin anasını maşınla vurdular

Bakıya qaçan erməninin anasını maşınla vurdular

Bu yaxınlarda Ermənistanda üzləşdiyi təqiblərdən bezərək Azərbaycana qaçan müxalif fəal Vahan Martirosyanın anasını maşınla vurublar.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Martirosyanın anası Culyetta Virabyan bu gün küçəni keçərkən yol qəzasına düşüb və maşın onu vurub.

Qadın İrəvandakı "Erebuni” tibb mərkəzinə aparılıb, hazırda xəstəxanadadır.

Xəstəxanadan bildiriblər ki, Virabyanın qabırğası sınıb. Onun üzərində müayinələr aparılır.

Xatırladaq ki, bundan əvvəl Martirosyanın Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalında işləyən qaynanasını işdən çıxarmışdılar.

Vahan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında beynəlxalq ictimaiyyətə, BMT-yə müraciət edərək Ermənistanda qalan yaxınlarının taleyinə görə narahat olduğunu, xüsusi xidmət orqanlarının onlara divan tutacağını bildirmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM