Eynur Behbudov iki nəfərin ölümünə səbəb olan yanğın hadisəsində günahkar bilinibRusiyada “Bakılı oğlanlar” KVN komandasının keçmiş üzvü Eynur Behbudov həbs olunub. ANS PRESS-in “Life News” saytına istinadən verdiyi məlumata görə o, Rusiyanın Başqırdıstan Muxtar Respublikasının Ufa şəhərində 2011-ci ilin yanvarında baş verən dəhşətli yanğın hadisəsinə görə günahlandırılır. Məhkəmənin qərarı ilə Eynur Behbudova 4 il həbs cəzası verilib.Hazırda o, “Konsert klubu”nun direktorudur.Qeyd edək ki, Ufada “Avropa” ticarət mərkəzində 2011-ci ildə baş verən yanğında iki nəfər ölüb. Həmin yanğında çoxlu insan yanıb. Bu səbəbdən açılan cinayət işi 3 il davam edib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !