Bakının 3 mərkəzi yolu bağlanacaq

11:31 | 23.05.2014
Bakının 3 mərkəzi yolu bağlanacaq

Bakının 3 mərkəzi yolu bağlanacaq

Bu gün paytaxtın 3 küçəsində hərəkət məhdudlaşdırılacaq.

Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.Onun sözlərinə görə, bu gün saat 11:00-dan etibarən Bakının Hüseyn Seyidzadə və Cavadxan küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən adıçəkilən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.Axşam saat 22:00-dan etibarən isə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar Afiyəddin Cəlilov küçəsində hərəkət tam məhdudlaşdırılacaq.Nahatlıq yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. /Trend/ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür