Bakının Baş inkişaf planı may ayında təqdim olunacaq

23:01 | 25.04.2014
Bakının Baş inkişaf planı may ayında təqdim olunacaq

Bakının Baş inkişaf planı may ayında təqdim olunacaq

2030-cu ilə paytaxt əhalisinin sayının 3,35 milyon nəfər olacağı gözlənilir.

2030-cu ilədək Böyük Bakının regional inkişaf planı layihəsi üzrə ictimai dinləmələr mayın 14-də keçiriləcək.Day.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib:“Layihə üzərində işlər başa çatıb. Yekun sənəd razılaşdırılmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib və güman edirəm ki, iki ay ərzində sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.Dövlətxanov əlavə edib ki, müzakirələr zamanı konstruktiv təkliflər veriləcəyi halda baş plan yenidən işlənə bilər.2030-cu ilə paytaxt əhalisinin 745 min nəfər artacağı, əhalinin sayı isə ümumilikdə 3,35 milyon nəfər olacağı gözlənilir.Müvafiq olaraq mənzil fondunun da ikiqat artacağı gözlənilir. Mənzil fondu 64,147 milyon kvadratmetrə çatacaq və bununla yanaşı, region üzrə bir nəfərin mənzil təminatı ümumi yaşayış sahəsinin 25 kvadratmetrini təşkil edəcək. Bu rəqəm hazırda 17,3 kvadratmetrdir.2030-cu ilə paytaxtın neft mədən ərazilərinin təxminən 22 min hektarı becəriləcək, onun böyük hissəsi meşə-park zonasına ayrılacaq.Qarşıda hazırda təsərrüfat subyektlərinin istifadə etdikləri və ya tərk edilmiş ərazilərin ən azı daha 34 min hektarını yaşıllaşdırmaq durur: burada parklar, bağçalar salınacaq. Həmin ərazilərin abadlaşdırılması prosesində küçə-yol şəbəkəsi yüz kilometrlərlə uzadılacaq.(Trend).ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM