Bakının bir neçə küçəsinə nəqliyyatın girişi məhdudlaşdırılıb.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır. Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmək tövsiyə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !