Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu haqda “APA-Economics” Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, axşam saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd edilən işlərlə bağlı isə Aleksandr Puşkin küçəsi qismən bağlı olacaq.
Yolun hərəkət hissəsinin üfüqi nişanlanması bir gün davam edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !