Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verilib. Onun sözlərinə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İnşaatçılar prospektinin A. Bakıxanov və İzmir küçələri ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !