Bakının əsas küçələrindən birinin yeni görkəmi - FOTOLAR

21:04 | 08.04.2014
Bakının əsas küçələrindən birinin yeni görkəmi - FOTOLAR

Bakının əsas küçələrindən birinin yeni görkəmi - FOTOLAR

Bakının Nərimanov rayonu ərazisində ən böyük yollardan biri təmir olunur. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Həsən Əliyev küçəsində təmir olunan yolun asfalt-beton örtüyü təzələnir.“Həsən Əliyevlə Koroğlu Rəhimov və Atatürk prospektlərinin kəsişməsi, 300 metr yol təmir olunur. Yolun asfalt örtüyü yenilənir. Yolda kommunikasiya quyularının qapaqları təzələnir. Təmir işləri sabaha yekunlaşacaq və növbəti ərazinin təmirinə başlanılacaq”, - deyə P.Mürsəliyev bildirib.Qeyd edək ki, hazırda təmir olunan yol avtomobillərin hərəkəti üçün bağlıdır. Həsən Əliyev küçəsi hissə-hissə təmir olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM