Bakının ictimai nəqliyyatında mühüm DƏYİŞİKLİK

13:00 | 13.01.2014
Bakının ictimai nəqliyyatında mühüm DƏYİŞİKLİK

Bakının ictimai nəqliyyatında mühüm DƏYİŞİKLİK

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb.Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Trend-ə bildirib ki, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.Artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır.Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 250 avtobusda təbiq olunacaq.Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılıb.N.Həsənov bildirib ki, artıq təxminən 450 min kart hazırdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb