Bakının “İnter”i İsveçdə qələbə qazandı

23:54 | 17.07.2014
Bakının “İnter”i İsveçdə qələbə qazandı

Bakının “İnter”i İsveçdə qələbə qazandı

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, Premyer Liqamızın gümüş mükafatçısı Bakının “İnter” klubu səfərdə İsveçin “Elfsborq” klubunun qonağı olub. Qarşılaşma "İnter"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Səfərdə qələbə qazanan  Bakı təmsilçisi növbəti mərhələyə yüksəlmək şansını artırıb. 
Komandalar oyuna aşağıdakı heyətlə çıxıblar:
"Elfsborq": Abbas Hassan, Yon Yönsson, Yuhan Larsson, Andreas Klarström, Sebastyan Holmen, Markus Rohden,  Bekmann, Anders Svensson, Viktor Klaesson, Viktor Prodell, Per Frik.
“İnter”: Georgi Lomaya, Laşa Salukvadze, Aleksandre Amisulaşvili, Yohan Bokonyano, Matiya Şpiçiç, Slavço Georgievski, Arif Daşdəmirov, Mesa Colli, Mikel Alvaro, Madriqal, Baçana Sxadadze
Qeyd edək ki, komandaların cavab oyunu bir həftədən sonra Bakıda keçiriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM