Bakının məhşur otellərində Yeni İl şənliyi - Qiymətlər

12:25 | 12.12.2014
Bakının məhşur otellərində Yeni İl şənliyi - Qiymətlər

Bakının məhşur otellərində Yeni İl şənliyi - Qiymətlər

Bakının brend hotelləri Yeni İl şənliklərinə hazırlaşırlar.
 
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu il hotellər şənlik iştirakçılarını dəbdəbəli proqramlarla, xarici müğənnilər, güzəştili təkliflər və bahalı qiymətlərlə təəccübləndirəcəklər. Hərçənd, Fins.az-ın araşdırması göstərir ki, diqqətli müştərilər yaxşı axtarsalar maraqlı təkliflərdən faydalana bilərlər.

"Jumeirah Hotel”: Yeni İl şənliyi 50 - 400 manatdır

Dekabrın 31-də "Jumeirah Bilgah Beach Hotel”də  Yeni İl gecəsi  3 yerdə təşkil ediləcək. Tədbirin təşkilatçısından fins.az-a verilən məlumata görə, Yeni il şənliyi  "BILGAH BALLROOM” və  "Yuukai" restoranında saat 21-də, "Equinox Night Club”da isə saat 22-də başlayacaq. "BILGAH BALLROOM”da təşkil edilən Yeni il şənliyində iştirak etmək üçün arxa, orta, ön hissələrə görə, müvafiq olaraq biletlərin qiyməti 300 manat, 350 manat və 400 manatdır.  Şənliyin aparıcısı Cavid Gul olacaq. Tədbirə qatılanlar sırasında müğənnilər Çingiz Mustafayev, Dilarə Kazımova, Eldar Qasimov, Diana Hacıyeva, Elnur Hüseynov, "Qala" qrupu da var.  Bundan əlavə şənliyə "Bakı Team" KVN komandası, «NERO» Şou balet və  xüsusi qonaq llusionist - Michael Berladin də dəvət olunub.

Yeni il şənliyini hoteldə yerləşən "Yuukai” restoranında keçirmək üçün biletlər yerlərdən aslı olaraq 200 manat, 250 manat və 300 manatdır. Burada da şənlik iştirakçıları eyni komanda olacaq.
"Equinox Night Club”da keçiriləcək  Yeni il şənliyinə qatılmaq üçün isə standart biletlər 50 manatdır. VİP biletlər isə 150 manat təşkil edir. Qeyd edək ki, VİP biletə əlavə olaraq divanlarda əyləşmək və yüngül yeməklərdən istifadə daxildir.  Gecə klubunda təşkil ediləcək şənliyə "DJ project Boil & Void ", "DJ project #103” və "MC ElKhasso” qatılacaq.

"Jumeirah Bilgah Beach Hotel”dəki Yeni İl şənliyi sığortalanmayıb. Tədbirin təşkilatçısı bildirib ki, 5 il ərzində təşkil edilən belə tədbirlərdə heç bir hadisə baş verməyib: ”Əgər hər hansı bir səbəblə tədbirlər təxirə salınsa, biletlərin pulunu geri qaytararıq”.

"Fairmont Hotel”: Yeni İl gecəsi 6 çeşiddə dəniz yeməkləri və canlı caz musiqi

Gözlənildiyinin əksinə olaraq "Fairmont Hotel”də o qədər də dəbdəbəli Yeni İl şənliyi nəzərdə tutulmur. Hoteldən fins.az-a verilən məlumata görə, burada Yeni il şənliyi 2 restoranda  təşkil ediləcək. "Le Bistro” restoranında  fransız mətbəxinə aid 6 çeşiddə şam yeməyi və canlı musiqi  daxil olmaqla yeni il şənliyinə qatılmaq  üçün biletin qiyməti 79  manatdır. Tədbir saat 18–dən  1-ə kimi davam edəcək. "Alov Steakhouse”da isə 6 çeşiddə dəniz məhsullarından ibarət şam yeməyi və canlı caz musiqi təqdim ediləcək. Saat 19-dan gecə yarısına qədər davam edəcək şənliyin qiyməti 149 manatdır.

"Kempinski Hotel”: Şənlik iştirakçıları hoteldə gecələyə bilər

Yeni ili "Kempinski Hotel” qeyd etmək 70 -195 manata başa gələcək. Hoteldən fins.az-a verilən məlumata görə, şənliyə ailəvi qatılmaq istəyənlər Yeni İli "Rezdens"  binasının 1-ci mərtəbəsində yerləşən "Golden Cage”–də  qeyd edə bilərlər. Tədbir saat 20-dən  gecə yarısına kimi davam edəcək. Şənlikdə müğənni Helen  xanım və "Geynüs" qrupu, Yeni Ulduz təmsilçisi Rəşad iştirak edəcək.

Qonaqlara 6 çeşiddə Azərbaycan və Avropa mətbəxinə aid yeməklər təqdim olunacaq. Hoteldən verilən məlumata görə, Yeni İl gecəsi şənlik iştirakçıları arasında lotereya oynanılacaq və hədiyyələr də veriləcək. Bahalı hədiyyələrə Rusiya və Avropa ölkələrində yerləşən Kempinski hotellərində istirahət kuponu daxildir. Digər hədiyyələr isə hotelə aid restoranlarda şam yemeyi, masaj və s hədiyyə kuponlarından ibarətdir. Biletin qiyməti 195 manatdır.

Gənclər isə yeni ili "Kempinski Hotel”in 4-cü mərtəbəsində yerləşən "Pab Power”də qarşılaya bilərlər. Tədbirə DJ Bora dəvət olunub. Şənlik saat 23-dən səhərə kimi davam edəcək. Biletin qiyməti 70 manatdır.
"Kempinski Hotel” öz qonaqları üçün daha bir güzəşt təqdim edir - Yeni İl gecəsi burada gecələmək 2,3 dəfə ucuzdur. Belə ki, adi güclərdə oteldə gecələmək 230 manat  olduğu halda, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə 2 nəfərlik 1 otaq üçün qiymət 99 manat olacaq. Bura səhər yeməyi və SPA da daxildir.

"Hilton Hotel": Bakı üzərində 7 dövrə vurmaq 250 manatdır

2015-ci ili qarşılamaq üçün ən maraqlı məkanlardan biri "Hilton Hotel”dir. Burada Yeni İlin gəlişini "360 Bar”  və "Sky Griyll” restoranlarında qeyd etmək mümkün olacaq. Fins.az-ın məlumatına görə,  hotelin 25-ci mərtəbəsində yerləşən "360 Bar”da şənliyə qatılmaq 250 manatdır. Şənlik saat 22-dən  səhər 5-ə kimi davam edəcək. Gecəni  DJ  Elvin Diko və Rovencis  idarə edəcək. Qonaqlara içki və çərəzlər təklif ediləcək. Stoldan kənar içki sifarişləri biletə daxil deyil. Şənlikdə qonaqlara hədiyyələr də veriləcək. Amma bu şənliyin ən maraqlı cəhəti restoranının dayanmadan fırlanmasıdır. Belə ki, tədbir ərzində restoran saatda 1 dəfə olmaqla 7 saata 7 dəfə dövrə vuracaq. Nəticədə şənlie iştirakçıları Bakının bütün tərəflərini seyr edib, şəkil çəkdirə biləcəklər.

"Sky Griyll”də isə yeni il keçirmək 140 manatdır. Fins.az-ın məlumatına görə, 6 yaşa qədər uşaqlar pulsuz, 12 yaşa qədər uşaqlara isə 50 faiz endirim nəzərdə tutulub.  Hotelin 24-cü mərtəbəsində  yerləşən restoranda instrumental ansamblın ifasında canlı musiqi gecəni müşaiyət edəcək. Qonaqlar  saat 12-də  bir qədər şampanla açıq səmada atəşfəşanlığı izləyərək yeni ili qarşılaya biləcəklər. Qonaqlar 2 saat müğənni Nayanın canlı ifalarını dinləyə biləcəklər.  Tədbirdə iştirakçıları Azərbaycan, türk və İtaliya mətbəxinə aid 6 növ yemək, 4 çeşiddə salat, 5 növ disertin dadına baxa biləcəklər. Bundan əlavə qonaqlara çay, kofe və şirələr təklif ediləcək. Spritli içkilər biletə daxil deyil. Şənlik saat 19-dan  3-ə qədər davam edəcək. Yeni il gecəsi Hoteldə  gecələmək də endirimlidir.

"Marriott  Abşeron”: Şənliyə qatılmaq 350-500 manatdır

Ən bahalı Yeni İl şənliklərindən biri "Marriott  Abşeron”  hotelində keçiriləcək. Fins.az-ın məlumatına görə, hotelin Şərq zalında  keçiriləcək yeni il şənliyində iştirak etmək üçün yerlərdən aslı olaraq biletlərin qiyməti 350, 400 və 500 manat təşkil edir. Şənlik saat 21 –dən 5-ə kimi davam edəcək.Gecənin qonaqları avropalı müğənnilər-Kad Deluna, Reydis, Saşa Lopez, Elli Black olacaq. Bundan əlavə biletə Avropa və milli mətbəxə aid yeməklər  və limitsiz içki daxildir. Dekabrın 31-də "Marriott  Abşeron” hotelində gecələmək istəyən qonaqlara endirim nəzərdə tutulub. Hoteldən verilən məlumata görə, adi günlərdə 265 manat təklif edilən 2 nəfərlik bir otaqlı nömrədə gecələmək yeni il gecəsi  160 manat olacaq. Bura səhər yeməyi də əlavə olunub.

Hotelin "Zest” restoranında isə dj-in iştirakı və avropa mətbəxinə aid yeməklər daxil olmaqla biletin qiyməti 52 manatdır. Buradakı şənlik saat 23-dən səhərə kimi davam edəcək.
Hotelin "Fireworks”  restoranında isə yeni ili açıq   bufetdə olan milli xörəklərdən dadaraq saksafonun  ifası ilə qeyd etmək istəyənlər 100 manatlarından keçməli olacaqlar. Spirtli içkilər biletə daxil deyil.

"Four seasion”: Yeni İl menyularla qeyd ediləcək

"Four seasion” hotelində Yeni İl şənliyi təşkil edilməsə də, hotelin restoranlarında yeni il menyuları təklif edilir.Hoteldən fins.az-a verilən məlumata görə, "Zəfəran” restoranında  qonaqlara italyan mətbəxinə aid  3 çeşid yemək və bir qədəh proseko təqdim ediləcək. Bundan əlavə qonaqlar italyan müğənni Dereriko  Spaqnoli canlı ifalarını da dinləyə biləcəklər. Biletin qiyməti 75 manatdır. Şənlik 18.30-dan 1-ə kimi davam edəcək. Hotelin "Kaspia” restoranında yeni ili qeyd etmək 140 manatdır.Biletə 4 növ avropa mətbəxinə aid dəniz məhsulları və ət yeməkləri və bir qədəh şanpan  daxildir. Gecənin  əsas qonağı "East and West”  caz qrupu olacaq.
 
ANN.Az
 






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb