Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır

15:10 | 06.06.2014
Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır

Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır

Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək yol bağlanacaq. Buna səbəb yolda yeni asfalt-beton örtüyünün salınmasıdır. P. Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM