Bakının mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

16:13 | 09.04.2014
Bakının mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Bakının mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Bakının “Neftçilər” prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbayel rayonu Neftçilər prospekti və Azneft dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacaq.Qeyd edək ki, ötən gün qeyd olunana ərazidə  rənglənmə işləri barədə NİİM məlumat yaymışdı. Amma ötən gün gecə saatlarında yağan yağışla əlaqədar rəngləmə işlərini tamamlamaq mümkün olmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb