Bakının mərkəzində Yeni il yarmarkası keçiriləcək

13:30 | 09.12.2013
Bakının mərkəzində Yeni il yarmarkası keçiriləcək

Bakının mərkəzində Yeni il yarmarkası keçiriləcək

Əksər Bakı sakinləri və şəhərimizin qonaqları Nizami Gəncəvi Muzeyinin yaxınlığındakı balaca taxta evləri artıq görüblər, ancaq hələ ki, onların nə üçün lazım olduqlarını bilmirlər. Təxminləriniz həqiqətə çox yaxındır - Sizi əsl yeni il sürprizləri gözləyir! Azərbaycanın aparıcı moda jurnalı "Nargis" "Soyuq əllər - isti qəlblər" adlı yeni il xeyriyyə yarmarkası təşkil edir. 
13-20 dekabrda yarmarkaya baş çəkəcək qonaqlar bayram əhval-ruhiyyəsindən zövq ala və "Jan Atelier", "Lilac", "Carrousel", "Ali&Nino" və başqa məşhur brendərdən müxtəlif cür hədiyyələr qazana bilərlər. Yarmarkanın rəsmi açılışı 14 dekabr saat 19:00-da baş tutacaq. "Nargis" jurnalının baş redaktoru Ülviyə Rəhmanova, müğənni Miri Yusif və lal-karlar üçün 3 nömrəli internatın istedadlı uşaqları təmtəraqlı tədbirin açılışını elan edəcəklər. İnternat uşaqlarının hazırladıqları əşyalar yarmarkanın satışında olacaq. Siz burada suvenirlər və s. almaqdan başqa, Azərbaycanın görkəmli yazıçılarından avtoqraf da ala bilərsiniz. Burada həmçinin uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə ki, Şaxta baba ilə Qar qız olacaq. Hər gün saat 12:00-dan etibarən qonaqlar Yeni İl hitlərindən zövq ala, isti şokalad içə və "Nargis" jurnalının partnyorlarının əyləncələrinə qatıla bilərlər. 
20 dekabr cümə günü xeyriyyə yarmarkasının təntənəli bağlanış mərasimi olacaq. Bağlanış günü keçiriləcək lotereyada hər bir iştirakçının "Nargis" jurnalının partnyorlarından çoxlu hədiyyələr qazanmaq şansı var. Hədiyyələr arasında Emin Ağalarovun konsertinə iki bilet var, əsas priz isə "Pasha Travel"dən Dubaya səyahət və 5 ulduzlu oteldə qalmaq şansıdır. 
Gecənin əsas qonağı Miroslav Dumadır. O, "Buro 24/7" saytının Azərbaycan versiyasının təqdimatı çərçivəsində keçiriləcək sərgini ziyarət edəcək. 
Uşaq evləri və internatdan olan əlil uşaqların ən gözəl arzularını çin eləmək imkanını əldən qaçırmayın. Təki hamımız Şaxta baba olaq. 
"Soyuq əllər - isti qəlblər" yeni il xeyriyyə yarmarkasının əsas sponsoru "Texnika Bank"dır.
ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM