Bakının məşhur marketində iyrənc mənzərə - VİDEO

14:38 | 11.07.2014
Bakının məşhur marketində iyrənc mənzərə - VİDEO

Bakının məşhur marketində iyrənc mənzərə - VİDEO

Bakı sakininin rastlaşdığı mənzərə onu güvəndiyi və müştərisi olduğu mağazadan iyrəndirib. Həmin müştəri paytaxtın məşhur mağazalar şəbəkəsində üzləşdiyi hadisə haqda Milli.Az-a yazıb.Müştəri yazır ki, "28 Mall" ticarət mərkəzində yerləşən “Bazarstore” mağazasından şirniyyat alarkən gözləmədiyi halla üzləşib və mağazanı tərk edib:"Bazarstore"-a getmişdim. Şirniyyat olan yerə girdim, peçenye almaq istədim. Amma gördüklərim məni iyrəndirdi. Peçenye olan qablar ağzı açıq halda və üstündə milçəklər kef edir. Yazığıq axı. Yediyimiz, onsuz da, bəlli deyil. Heç olmasa milçəyin iyrəncliyindən uzaq olaq. Bağlayın də yeyinti məhsullarının qapaqlarını. Hörmət edin alıcılara”."Bazarstore MMC" PR və Marketinq meneceri Günay Novruzqızı Milli.Az-a açıqlamasında bildirdi ki, hər 15 gündən bir mağazada dərmanlama işləri aparılır. Menecer inandırmağa çalışdı ki, mağazlarında belə hallar baş vermir və bu kimi məlumatlar müştərilərdə mənfi rəy yarada bilər: "Dərmanlara bu qədər pul tökürük. Dərmanlama aparatlarından ancaq bizim mağazada var. Bu qədər əziyyət çəkirik, amma belə məlumatların olması mağazamız üçün haqsızlıq olar. Milçək bir şey deyil, ürək bulandırır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb