ANS PRESS-in məlumatına görə, yeni avtobuslar Avropa standartlarına tam cavab verir.
Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və "Bakıbus” şirkəti tərəfindnə gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.
Yeni avtobuslardan əlillər də istifadə edə bilər.
Bildirilir ki, yeni avtobuslar I Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə sərnişinlərin ixtiyarına veriləcək. Həmin avtobusları idarə etmək çün xüsusi geyimli sürücülər ayrılıb. Həmin sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.
ANS PRESS həmin avtobusların görüntüsünü təqdim edir:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !