"Baktel” MMC-nin sabiq direktoru axtarışa verildi

12:59 | 30.06.2020
Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.
 
Anews.az-ın xəbərinə görə, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.
 
Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.
 
Qeyd edək ki, R. Qarayev "Baktel” MMC-nin direktoru olub.
 
Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.(APA)

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM