• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Baku2015" rekordlar kitabına düşə bilər - Video

25.06.2015 09:52
Bakıda keçirilən şokalad sərgisində hər kəsin marağına səbəb olacaq bir eksponat var. Çəkisi 215 kiloqram olan bu eksponatın yanından ayaq saxlamadan keçmək mümkün deyil. Bu əl işi Bakıda keçirilən birinci Avropa Oyunlarına həsr olunan tablonun izləyici sayına görə Ginnesin Rekordlar Kitabına düşmək ehtimalı var.

Bu əl işinin dünyanın ən böyük şokaladdan hazırlanmış rəsim əsəri kimi də dəyərləndirilər. "Nikolay şokalad sərgi" təşkilatçılarının verdiyi məlumata görə, indiyə kimi sərgiyə 15 mindən çox izləyici gəlib. Buna görə də ən böyük şokaladdan hazırlnamış rəsm əsrəinin Ginnesin Rekordlar Kitabına düşməsi üçün müraciət edilib.

"Biz təxminən iki həftə əvvəl Ginnesin Rekordlar Kitabına bununla bağlı müraciət etmişik. Hazırda onlardan cavab gözləyirik. Daha sonra bu tablonun həqiqətən də şokaladdan hazırlanmış ən böyük rəsim əsəri olduğunu sübut etmək üçün lazım olan sənədlərin toplanmasına başlayacayıq”, – deyə sərgi təşkilatçısı Viktoriya Steplo bildirib.

Əslən belaruslu olana Nikolay Papovun sənət əsərləri incəliyi və məzmunu ilə diqqəti çəkir. Sərgidə şokaladdan hazırlanmış idman alətləri, texniki avadanlıqlar da görmək olar.

Onların şokaladdan hazırlandığına inanmaq belə çətindir. Burada paytaxtımızın simvolu sayılan Qız qalasına da rast gəlmək olar. Şokaladdan hazırlanmış bu əsərin əsrarəngizliyinə heyran qalmamaq mümkün deyil.

Təşkilatçının sözlərinə görə, may ayının 15-də muzey mərkəzində açılışı keçirilən "Nikolay şokalad sərgisi" avqust ayının sonlarınaq qədər davam edəcək. Bu müddətdə isə izləyicələri yeni suprizlər gözləyir.

Ola bilsin ki, burda nümayiş etdirlən eksponatlar arasına daha bir yeni şokalladan hazırlanmış sənət əsəri gətirilsin. Bunun nəyə həsr olunacağı isə artıq bu sirrdir. anspress.com
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baku 2015 09:52
"Baku2015" rekordlar kitabına düşə bilər - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol