“Baku Coca-Cola Bottlers” ilə bağlı səs yazısı ilə barədə AÇIQLAMA

11:17 | 09.09.2017
“Baku Coca-Cola Bottlers” ilə bağlı səs yazısı ilə barədə AÇIQLAMA

“Baku Coca-Cola Bottlers” ilə bağlı səs yazısı ilə barədə AÇIQLAMA

Whatsapp”da "”Baku Coca-Cola Bottlers”” şirkətinin məhsulları ilə bağlı səs yazısı yayılıb.

"Qaynarinfo” xəbər verir ki, səs yazısında şirkətin işçilərindən birinin SPİD virusuna tutulduğu və damarından qan çəkərək coca-cola çəninə vurduğu bildirilib. Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin rəsmi nümayəndəsi Elnur Allahverdiyev saytımıza verdiyi açıqlamasında yayılan məlumatların təxribat xarakterli olduğunu və heç bir həqiqətə əsaslanmadığını bildirib:

"Sosial şəbəkələrdə şirkətimizin hansısa işçisinin məhsullara QİÇS (AİDS) virusu yoluxdurması ilə bağlı yayılan informasiyalar uydurmadır və heç bir əsası yoxdur. Məhsullarımız Beynəlxalq Qida Təhlükəsizliyi standartlarının bütün tələblərinə cavab verir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM