“Baku Steel Company”də partlayış: ölən və yaralananlar var

12:59 | 16.09.2014
“Baku Steel Company”də partlayış: ölən və yaralananlar var

“Baku Steel Company”də partlayış: ölən və yaralananlar var

 “Baku Steel Company”də partlayış olub.Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM