Brabus-un üzərində işlədiyi “əjdaha” yüksək keçimli hərbi avtomobilin bazasında yaradılıb.Bakıda Mercedes-Benz Brabus B63S 700 6x6 avtomobili gətirilib.Oxu.Az xəbər verir ki, yüksək keçimli avtomobili Azərbaycana Bakıda bahalı maşınların satışı ilə məşğul olan “SABA CARS” şirkəti gətirib.Avtomobilin təkərlərinin diametri 94 sm, klirensi isə 46 sm təşkil edir və bu, 1 metrdən hündür maneəni aşmağa imkan verir. Mercedes-Benz Brabus B63S 700 6x6 altıtəkərli əjdaha Mercedes G63 AMG 6x6 (536 a.g.) avtomobil 690 at gücünədək artırılmış V8 turbo-dizeli ilə təchiz edilib.Avtomobil 100 km/s sürəti 7,4 saniyəyə yığır. Şinləri böyük olduğu üçün istehsalçılar avtomobilin maksimal sürətini 160 km/s-dək azaldıblar.Hazırda şirkətin rəsmi nümayəndələri avtomobilin satış qiymətini açıqlamayıblar. Lakin əldə etdiyimiz məlumatlara görə, istehsalçı bu avtomobili təxminən 615 min avroya, yəni, 650 min Azərbaycan manatına satır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !