Bakıya gələn Yunanıstan baş nazirinin təyyarəsi geri qayıtmalı oldu

00:14 | 17.12.2013
Bakıya gələn Yunanıstan baş nazirinin təyyarəsi geri qayıtmalı oldu

Bakıya gələn Yunanıstan baş nazirinin təyyarəsi geri qayıtmalı oldu

Afinadan Bakıya istiqamət alan Yunanıstan baş naziri Antonis Samarasın təyyarəsi havaya qalxdıqdan 15 dəqiqə sonra geriyə dönməli olub. APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, təyyarənin texniki səbəblər ucbatından Elefsina hərbi hava limanına məcburi eniş etdiyi bildirilir.

 

Qeyd edək ki, Yunanıstan hökumətinin rəhbəri Bakıya Trans Adriatik qaz kəməri (TAP) ilə bağlı sazişin imzalanması mərasimində iştirak etmək üçün gəlirmiş.

 

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Yunanıstan baş nazirinin yaxın saatlarda Bakıya gələcəyi bildirilir.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM