Bakıya qazla işləyən avtobuslar gətiriləcək

14:21 | 05.11.2014
Bakıya qazla işləyən avtobuslar gətiriləcək

Bakıya qazla işləyən avtobuslar gətiriləcək

“Gələn ilin birinci kvartalında “Baku Buss” qazla işləyən avtobuslar alacaq”.

ANN.Az Simsar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.O bildirib ki, bir neçə şirkətlə birlikdə “Azəriqaz” “CNC” stansiyalarının tikintisi layihəsinə başlayıb: “Birinci kvartalda ilk “CNC” satnsiyaları qurulacaq. Gələn il Bakı və ətraf rayonlarda 6 yeni stansiya tikiləcək. Bunun sayını hər il artırmağı düşünürük. Ümumilikdə Azərbaycanda 180 km-dən bir “CNC” satnsiyalar yerləşdirilməsi planlaşdırılır. Bunun ekoloji baxımından böyük üstünlükləri var. Bu sistem Gürcüstanda yaxşı effekt verib”.R.Abdullayevin sözlərinə görə, “CNC” stansiyalarının sayının artırılması benzin istehsalına olan tələbatı xeyli azaldacaq: “Avtomobillər qazla işlədiyi zaman benzinə təlabat azalacaq. Bu bizə benzin ixracını çoxaltmağa şəait yaradacaq. Hazırda benzin ixracımız sıfıra bərabərdir. İstehsal etdiyimiz benzini yalnız ölkə daxilində sata bilirik”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM