Bakıya təxribat: Azərbaycanlı PKK-çı kürdləri Laçına çağırdı - Sənəd

15:45 | 20.08.2014
Bakıya təxribat: Azərbaycanlı PKK-çı kürdləri Laçına çağırdı - Sənəd

Bakıya təxribat: Azərbaycanlı PKK-çı kürdləri Laçına çağırdı - Sənəd

“Yakbun” Ümumittifaq Kürd Assosiasiyasının vitse-prezidenti, “Müstəqil Qafqaz Kürdistanı Azadlıq Hərəkatının” İdarə Heyətinin sədri Vəkil Mustafayev Azərbaycan ərazisində “Kürdistan” dövlətinin yaradılması iddiası ilə bağlı bir sıra məqamlar açıqlayıb.Bu barədə Axar.az-a şok sənədlər də daxil olub. Məlum olub ki, Ermənistan və Rusiyanın razılığı ilə Qafqazda “Kürdistan dövləti” “bərpa” edilməliymiş. Vəkil Mustafayevin erməni saytlarına verdiyi müsahibədən məlum olur ki, o, buna görə Laçının ermənilərə verilməsindən sonra ora getməliymiş. Hətta 1992-ci ilin iyununda Rusiya və Ermənistanın razılığı ilə Qafqaz Kürdistanının yaradılması da elan edilibmiş. Amma bu və ya digər səbəblərdən bu proses təxirə salınıb.Hazırda isə bu məsələ yenə aktuallaşmağa başlayıb. Söhbət ondan gedir ki, indi əsasən Fransa və İtaliyada yaşayan Mustafayev bu kartla yenidən oynamaq niyyətini ortaya qoyub.Söhbət onun qondarma DQR separatçıları ilə Parisdə baş tutan görüşlərindən gedir. Bu görüşlərdə “Qırmızı Kürdistan məsələsi” də qaldırılıb. Amma bu görüşün nə ilə nəticələndiyi barədə məlumat yoxdur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM