Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan 20 ədəd yeni avtobus gətirilib. «APA-Economics»in məlumatına görə, «Daewoo» markalı bu avtobuslar 2 qapılı və 24 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar istilik sistemi ilə təchiz olunub. Qeyd edək ki, yeni avtobuslar üç marşrut xəttinə buraxılıb. Həmin marşrutların nömrələri 85, 79 və 65-dir. Yeni avtobuslar fərdi sahibkara məxsusdur. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !