Balakəndə dördotaqlı ev yanıb

15:41 | 04.02.2024
Balakəndə dördotaqlı ev yanıb

Balakəndə dördotaqlı ev yanıb

Balakəndə yaşayış evi yanıb.

"Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Yüzbaşiyeva Səlihət İbey qızına məxsus evdə baş verib.

Hadisə yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 4 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM