Eyni zamanda,xalqını sevən ölkə rəhbərliyi məmurlara, yerli özünüidarə orqanı olan bələdiyyələrə şəhid ailələrinin dərdini, problemini dinləməyə, onlara yaxından kömək etməyə dair hər zaman ciddi tapşırıqlar verir.
Şəhidlik- elə bir müqəddəs ad, elə uca zirvədir ki, hər birimiz heyrətlə və qürurla anırıq.
Birinci Qarabağ savaşı neçə-neçə gənclərimizin savaş ruhunun, qeyrət mübarizəsinin güzgüsü oldu. İgid oğullarımız gözünü qırpmadan, könüllü şəkildə Vətənin dar günündə ona yardıma tələsdi...
Müharibəyə könüllü gedən gənclər arasında Sovet dönəmindəki həqiqi hərbi xidmətini başa vurub Vətənə dönən, Balakən rayonu Katex kəndində yaşayan gənc Əkrəm də vardı. Əkrəm İsayev doğma Vətənin çətin günlərini gördükcə ürəyi yanırdı. Heç tərəddüd etmədən o, könüllü şəkildə müharibəyə yollandı...
Savaşlarda fərqləndi, leytenant rütbəsinə layiq görüldü, Vətəni ləyaqətlə qorudu və şəhadətin zirvəsinə yüksəldi. ...
Fəqət, Əkrəm bilmirdi ki, qoruduğu, canıyla müdafiəsinə qalxdığı Vətən torpağında illər sonra onun adını daşıyan küçənin girişindəki tanıtım lövhəsi bir gün ayaqlar altına atılacaq, onun adını daşıyan bulağa heç vaxt su gəlməyəcək, ailəsinə təzyiq göstəriləcək. Balakən rayonunda ölkəbaşçısının tapşırıqlarına riayət olunmur. Rayonun Katex kəndində məmur özbaşınalığı müşahidə olunur. Hətta şəhid ailəsinə. Bəli, yanlış oxumadınız. Yuxarıda qeyd etdiyimiz şəhid leytenant Ə.İsayevin ailəsi bu çox çətin durumla
- məmur basqısı ilə üz-üzədir. Şəhidin bacısı Validə İsayevanın müraciəti əsasında ailənin yaşadığı, şəhidin yaşadığı Katex kəndindəki evə yollandım. Həmin vaxt kəndin bələdiyyə sədri C.Piriyev də orada idi. Ailəyə kobud şəkildə rəftar sərgilədi. Evin vəziyyətini müşahidə etdim. Fotoları sizə təqdim edirik-
Həyət darvazasının yanında, şosse yolunun kənarında tikilmiş, şəhidin adını daşıyan bulaq da işləmirdi. Soruşanda insanlar o bulağa heç vaxt su gəlmədiyini dedilər. Daha dəhşətli mənzərə isə bu idi: şəhidin adı verilən, təmirli, asfalt örtüklü küçənin giriş hissəsində elektrik dirəyinin üzərində yerləşdirilən tanıtım lövhəsi ayaqlar altında idi! Bİzim üçün- xalq üçün, elə həmin məmurların kresloda rahat oturmalarına vəsilə olan, ən çətin günlərdə döyüşə könüllü gedən, namusumuzun, qeyrətimizin qoruyucusuna çevrilən, canını düşmənə sipər edən, nəhayət, vətənin şəhidi adlanan övladımızın- gənc Əkrəmin müqəddəs şəhid ruhu bu gün təhqir olunur. Bu neqativ akt hələ sürür, hələ tədbir görülməyib.
Xəbəri diqqətinizdə saxlayacağıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !