Bağlanacaq banklar azaldı - Siyahı

12:47 | 21.01.2015
Bağlanacaq banklar azaldı - Siyahı

Bağlanacaq banklar azaldı - Siyahı

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddət yanvar ayının 1-də bitdi. Ötən il Mərkəzi Bank tərəfindən verilən açıqlamada bildirilirdi ki, 2015-ci il yanvarın 1-dək  nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırmayan bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcək.

Qoyulan müddətdən 20 gün keçməsinə baxmayaraq, Mərkəzi Bank məsələ ilə bağlı açıqlama vermir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun verdiyi məlumata görə, bankların bəziləri məcmu kapitalı 50 milyon manata çatdırdıqlarından bağlanmaq təhlükəsi sovuşub, amma buna baxmayaraq, konkret olaraq 3 bankın taleyi sual altındadır: "Mərkəzi Bankdan mənə verilən məlumata görə, bağlanacaq 6 bankdan bir neçəsi məcmu kapitalı 50 milyon manata çatdıra bilib. Bununla da taleyi həll olunmayan 3-4 bank qalıb. Mərkəzi Bankın İdarə Heyəti konkret olaraq banklar barədə qərar verməlidir. Hazırda danışıqlar gedir, həssas məsələ olduğu üçün proses yubadılır”. Vahid Əhmədov həmin bankların aqibəti ilə bağlı konkret qərarı Mərkəzi Bankın yanvar ayının sonunda açıqlayacağını qeyd edib.

Bank faizlərinin aşağı salınmasına gəlincə, deputat bildirib ki, bununla bağlı prezidentin qərarı olduğu üçün məsələ öz həllini mütləq tapacaq: "Birdən-birə dəyişiklik baş verə bilməz. Müəyyən tədbirlər planına uyğun olaraq işlər gedir, böyük ehtimalla problem tezliklə həll olunacaq”.

Modern.az əvvəlki araşdırmasından çıxış edərək məcmu kapitalını 50 milyon manata çatdıra bilmədiyindən taleyi sual altında qalan 3 bankı təqdim edir:

"EuroBank” - məcmu kapitalı 7,5 milyon manat

"Bank Avrasiya” - məcmu kapitalı 22 milyon manta

"Azərbaycan Kredit Bankı” - məcmu kapitalı 5,8 milyon manat

Bu bankların son 10 gün ərzində nimzamnamə kapitalını 50 milyon manata çatdırması isə mümkünsüz görünür.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür