Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank” və "NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib.
Bildirilib ki, əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.
16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;
15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !