Bağlanış mərasimi ilə bağlı Əməliyyat Komitəsindən AÇIQLAMA

22:00 | 26.06.2015
Bağlanış mərasimi ilə bağlı Əməliyyat Komitəsindən AÇIQLAMA

Bağlanış mərasimi ilə bağlı Əməliyyat Komitəsindən AÇIQLAMA

Bakı-2015 Avropa Oyunlarının diqqəti bazar günü keçiriləcək bağlanış mərasiminin möhtəşəm finalı üçün Olimpiya Stadionuna yönələcək. Vida şousu Avropa üzrə 50 ölkənin idmançılarını birləşdirəcək. 


Oyunların Əməliyyat Komitəsindən "Qafqazinfo”ya verilən məlumata görə, Avropa Oyunlarında sonuncu dəfə 10 min fişəng atəşfəşanlığı olacaq. İdmançılar yenidən mərkəzə toplaşacaq və ailələri, məşqçiləri, əlavə alovqoruyan könüllülər, eləcə də sponsorlar və ictimaiyyətlə bayram şənliyinə qoşulacaqlar.

Ceyms Hadleyin rəhbərliyi altında Bakı-2015 bağlanış mərasimi iştirakçılar və bütün dünyada milyonlarla izləyici üçün tamaşaçı şousu olacaq, yüz minlərlə tamaşaçının şahidi olduğu 17 günlük həyəcanlı yarışlara son qoyacaq.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bağlanış günü ilə fikirlərini bildirib:

"Birinci Avropa Oyunları idman tarixinə yazılacaq. Bakıda əldə olunan nailiyyətə və quraşdırma, təşkilat, qonaqpərvərlik və fəaliyyət baxımından əldə etdiyimiz müsbət rəylərə görə fəxr edirəm. Bu, Azərbaycan üçün bir uğur oldu və ev sahibliyi edəcəyimiz gələcək idman yarışları üçün istinad mənbəyi olacaq. Bağlanış mərasimi Oyunlarla bağlı bayram əhvali-ruhiyyəsində qeyd ediləcək və alovun bu gözəlliyi bölüşə bilən bütün ürəklərdən heç vaxt silinməyəcəyini təmin edəcək”.

C.Hadley isə "Bakı-2015-in bağlanış mərasimini hazırlamaq şərəf hissi duyduğunu qeyd edib:

"Bu, əvvəl heç vaxt edilməyən çox gözəl bir təcrübədir. Mənim birgə işlədiyim komanda mükəmməldir və birgə çalışdığımız istedadlarla xoşbəxt olmaya bilmərəm. Biz yeni ilə köhnəni qarışdırmağa və hər ikisi arasında yaxşı sintez tapmağa çalışırıq”.

Bağlanış mərasimi 68 000 tamaşaçı qarşısında və bütün dünyada 800 milyondan artıq insanın izləməsi üçün televiziyada yayımlanaraq yeni tikilmiş Olimpiya Stadionunda baş tutacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb