Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətlər qaytarıla bilər - RƏSMİ

13:31 | 25.06.2020
Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətlər qaytarıla bilər - RƏSMİ

Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətlər qaytarıla bilər - RƏSMİ

"Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "AtaBank” ASC, "Amrahbank” ASC, "AGBank” ASC və "NBC Bank” ASC-nin bir zamanlar qanunsuz olaraq götürdüyü əmanətlər müvəqqəti olaraq blok edilib”.

Anews.Az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru mətbuat konfransında bildirib.

O vurğulayıb ki, qeyd edilən əmanətlərlə bağlı araşdırma aparılıb:

"Biz çalışacağıq ki, onları blokdan çıxaraq. Bu, mümkün olmadığı təqdirdə, Konstitusiya Məhkəməsinə müraciət ediləcək ki, qanunsuz qəbul edilmiş əmanətlərlə bağlı məsələ vətəndaşların xeyrinə həll edilsin”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb