Balkonda sevişmənin sonu - FOTOLAR

13:55 | 13.06.2014
Balkonda sevişmənin sonu - FOTOLAR

Balkonda sevişmənin sonu - FOTOLAR

“Oğlan sevgilisini balkonun üstündə oturdub”.
İngiltərənin paytaxtı Londonda faciə ilə bitən çox qəribə hadisə baş verib. 
ANN.Az Marka.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki lüks bir oteldə qeydə alınan faciə insanların gözü qarşısında olub.
Belə ki, rus əsilli, 19 yaşlı Anastasiya Tutik və ingilis əsilli 18 yaşlı Migel otelin 6-cı mərtəbəsindən yıxılıblar. Gənclər hadisə yerində ölüblər.
Hadisə şahidləri bildirirlər ki, gənclər tamam çılpaq olublar. Deyilənlərə görə, onlar balkonda sevişirmişlər. Bu zaman iki çılğın gənc ehtiyatsız davranıb və hər ikisi də yerə yıxılıb.
“Hər ikisini tanıyırdım. Onlar lisey tələbələridir. Balkona çılpaq halda çıxmışdılar. Sekslə məşğul olurdular. Oğlan sevgilisini balkonun üstündə oturtmuşdu. Onların hərəkətlərinin təhlükəli olduğunu düşünürdüm. Onları izləyən zaman qəfil yerə yıxıldıqlarını gördüm. İlk öncə qız müvazinətini itirdi. Daha sonra oğlan özünü itirdi. Hər ikisi yerə yıxıldı. Mənim qışqırmaqdan başqa çarəm qalmadı”, - deyə hadisə şahidi bildirib.
Onun sözlərinə görə, yerə düşən zaman qız ölmüşdü. Gənc oğlan isə can verirdi. Bir neçə dəqiqə sonra isə Migel dünyasını dəyişib.
Qeyd edək ki, hadisə baş verən balkonun otağının pəncərəsində Türkiyə bayrağı asılıb. Bildirilir ki, həmin mənzildə daha bir türk tələbə də qalırmış.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM