İtaliya millisinin hücumçusu Mario Balotelli DÇ-2014 ərəfəsində özü özüylə müsahibə edib. Qol.Az-ın xəbərinə görə, bu, məşhur “Puma” firmasının layihəsi çərçivəsində baş tutub.
Blits müsahibəsində Mario hazırkı İtaliya millisinin “Avro-2012”də ikinci yeri tutan komandadan daha güclü olduğunu deyib. 23 yaşlı oyunçunun müsahibəsini təqdim edirik.
– İtaliya millisinin ən sürətli oyunçusu kimdir?
– Mənəm.
– Bəs, ən yaxşı oyunçusu?
– Məni eyni cavabı verməyə məcbur etmə. Bunu bilirsən axı.
– Ən yaxşı texnikalı oyunçu hansıdır?
– Sən bunu bilirsən!
– Bəs, ən şən futbolçu?
– Cavab bəllidir.
– “Qızıl buts”u sahib olanda, onu hara qoyacaqsan?
- Mənim digər ayaqqabılarım olan yerə.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !