Balotelli "Qalatasaray"a gəlir?

00:15 | 02.01.2014
Balotelli "Qalatasaray"a gəlir?

Balotelli "Qalatasaray"a gəlir?

"Qalatasaray" futbol klubu məşhur italiyalı forvard Mario Balotellini "Milan"dan almağa hazırlaşır.
Türkiyə mediasının xəbərinə görə, futbolçunun meneceri ilə görüşən Bülent Tulun Türkiyəyə ümidverici xəbərlərlə dönüb.
Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Mancini "Böyük ulduz transferi şərt deyil" demişdi, buna baxmayaraq, klubun idman koordinatoru Bülent Tulun prezident Ünal Aysalın istəyi ilə Mario Balotelli üçün qollarını çırmayıb. Milanlı ulduzun meneceri Mino Raiola ilə İtaliyada görüşən Tulun Türkiyəyə ictimaiyyəti həyəcanlandıracaq xəbərlərlə gəlib. Tulunun Aysala verdiyi məlumata görə, "Milan" yanvar ayında Balotelli ilə yollarını ayıracaq.
Menecer Mino Raiola dünən Dubayın "The Nation" qəzetinə etdiyi açıqlamada bu xəbəri təsdiqləyib. Raiola deyib: "Balotelli yanvar ayında ayrılacaq. Bir çox komanda ilə görüşürük. Balotelliyə pis bir uşaq olduğu deyilir, amma onunla köhnədən çalışan bütün məşqçiləri onu öz yeni komandalarında görmək istəyir. Demək ki , Balotelli mətbuatın dediyi qədər də pis bir uşaq deyil . Hansı klublarda təklif aldığımız mövzusunda isə çox danışmaq istəmirəm".
Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb