“Baltika-Bakı” yeni pivə istehsalına başladı

16:39 | 12.10.2015
“Baltika-Bakı” yeni pivə istehsalına başladı

“Baltika-Bakı” yeni pivə istehsalına başladı

Baltika-Bakı” şirkəti uzun illər boyu "Baltika” şirkətinin ən populyar brendləri sırasında olan "Yarpivo”nun istehsalına start verdi.

"Baltika-Bakı”dan Modern.az-a verilən məlumata görə, "Yarpivo” pasterizə olunmuş, açıq rəngli, nəfis mayaotu ətirli və dolğun ləzzətli içkidir. Alkohol nisbəti 4,7% olan "Yarpivo” seçilmiş səməni və mayaotudan istifadə olunaraq ənənəvi resepturaya uyğun hazırlanıb.

 "Yarpivo” nişanının tarixi 1998-ci ildə Yaroslavlda – qədim rus şəhərində başlayıb və məhz bu şəhərin şərəfinə adlandırılıb. Etiketin üzərində təsvir olunmuş ayı bu pivəyə məxsus olan comərdlik və əzmkarlıq keyfiyyətlərini, eləcə də Rusiyanın ən qədim şəhərlərindən birinin əsrlərdən gələn pivə bişirilmə ənənəsini simvolizə edir.

"Yarpivo”-nun yüksək keyfiyyəti 2008-ci ildə ən nüfuzlu müsabiqələrdən biri olan Monde Selection-da (Belçika) qızıl və beynəlxalq Dad və Keyfiyyət İnstitutunun (iTQi) hər il keçirdiyi Superior Taste Award (Belçika) müsabiqəsində gümüş medal ilə mükafatlanıb.

"Baltika-Bakı” pivə zavodu Xırdalan şəhərində yerləşir. "Baltika-Bakı” şirkətinin məhsulları Azərbaycan bazarının 70%-ni təşkil edir. Şirkət Xırdalan, "Tuborg”, "Baltika 3”, "Baltika 7”, "Baltika 0”, "Baltika 9”, "Xırdalan Draft”, "Kuler”, "Əfsanə”, "Jiqulevskoe” kimi populyar pivə brendləri istehsal edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM