"Bandotdel"in yeni rəisi danışdı: "Gözlənilməz oldu"

17:31 | 12.07.2019

"Bandotdel"in yeni rəisi danışdı: "Gözlənilməz oldu"

"Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.


Anews.az-ın "Qafqazinfo”ya istinadən xəbərinə görə, bunu bu gün Daxili İşlər naziri Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.


O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb: "Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb